Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO

Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 2024 15:37

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparıb.

Oxu.Az bu barədə Agentliyə istinadən xəbər verir.

Təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəsində icra olunub. Sözügedən hissənin uzunluğu 660, eni 13,33 metrdir.

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.

 


21 May 2024
Cəmiyyət

32 ildən sonra nəşi tapılan şəhidimizin qızı: "Atamla fəxr edirəm"

25 yaşında könüllü şəkildə Qarabağ uğrunda döyüşlərə getdi".

21 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

21 May 2024
Cəmiyyət

Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü haqında danışıb.

21 May 2024
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Xasiyev Elşən Nəzərəli oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

21 May 2024
Cəmiyyət

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.